“Barselona” 2016-cı ilin yanvarında David Vilyanı heyətinə qata bilər.
İdmanxeber.com-un məlumatına görə, “Barsa”dan başqa “Mançester Siti” də ispan forvardla maraqlanır.
“Levante TV”də yayımlanan “El Murcielago” proqramının qonağı olan təcrübəli futbolçu belə açıqlama verib: “Mənə daim zəng edirlər. Biz riyazi olaraq pley-off-a düşmürük, buna görə icarə variantı mümkündü”.
Vilyanın icarəsi “Barselonada”kı forvardların zədələrindən sonra gündəmə gəlib. Klub onun sayəsində problemləri müəyyən mənada həll etmək fikrindədi.