22 Dekabr 2024
Kateqoriyasız

“Qalatasaray”ın keçmiş məşqçisi Çin klubunda

İtaliya millisinin sabiq baş məşqçisi Çezare Prandelli karyerasını Çində davam etdirəcək.

İdmanxeber.com-un məlumatına görə, bu barədə Prandellinin özü açıqlamasında deyib.

O, Çinin “Şanxay Şenhua” klubu ilə anlaşıb. “Bundan sonra Çində işləyəcəm. Artıq bütün məsələlər həll olunub. Qərarımı ailəmlə birgə vermişəm” – deyə 58 yaşlı mütəxəssis bildirib.

Qeyd edək ki, Prandellinin son komandası Türkiyənin “Qalatasaray” klubu olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43