Premyer Liqanın 8-ci turunda AZAL-ı qonaq edəcək “Xəzər Lənkəran” iki itki ilə üzləşib.
İdmanxeber.com-un məlumatına görə, Lənkəran klubunda Rasim Ramaldanov və Orxan Əliyev zədəlidi. Hər iki futbolçu oktyabrın 18-də AZAL-la oyunda meydana çıxa bilməyəcək.
Qeyd edək ki, “Fırtınalar meydanı”nda baş tutacaq qarşılaşma saat 18:00-da başlayacaq.