22 Dekabr 2024
Kateqoriyasız

Qriqorçuk Ukrayna yığmasında?

“Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk Ukrayna millisini çalışdıra bilər. 

İdmanxeber.com-un məlumatına görə, belə bir xəbəri “Sportanalytis” portalı yayıb.

Ukrayna millisinin hazırkı baş məşqçisi Miхail Fomenkonun postundan ayrılma ehtimalı olduqca yüksəkdi. 

“AVRO-2016″nın “pley-off” mərhələsinə yüksələn komandanın baş məşqçisi Miхail Fomenko qitə birinciliyinə vəsiqə qazansalar belə yarışdan sonra postunu tərk edəcək.

Ukrayna Futbol Federasiyası namizədləri də müəyyənləşdirib. Siyahıda “Qəbələ”nin baş məşqçisi də var. Əgər Qriqorçuk Ukrayna yığmasının baş məşqçisi olsa, gələn ilin avqustunda keçiriləcək yoхlama oyununda debüt edəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43