“Qarabağ”ın hücumçusu Samuel Armenterosun İdmanxeber.com saytına müsahibəsi.
– “Zirə”ni böyükhesabla məğlub etdiniz. Bu oyunla bağlı nə deyərdin?
Hər rəqibə ciddi yanaşırıq. Bütün oyunlara tam olaraq hazırlaşırıq. Bu matça da belə çıxmışdıq. Layiq olduğumuz qələbəni qazandıq.
– Artıq Premyer Liqada 4-cü qolunu vurdun. Bunu uğurlu başlanğız hesab etmək olarmı?
Mən hücumçuyam. Bu belə olmalıdır. “Qarabağ”ın qələbəsində çox böyük payım oldu.
– “Xəzər Lənkəran”a, “Kəpəz”ə də qol vurduqdan sonra sanki meydanda görünmürsən. Qol vurduqdan sonra sanki meydanda gəzirsən. Fərqləndikdən sonra işini bitmiş hesab edirsən, yoxsa…?
Ən əsası 3 xalı qazanmaqdı. Vacib olan qələbə idi və bunu da əldə etdik.
– “Monako” ilə oyunda Reynaldo oynamayacaq. Bu boşluğu hiss etdirməyə bilərsənmi?
Əsas olan oyundu. Komanda olaraq yaxşı oynasaq uğurlu sonluqa ümid etmək olar. Mən də əlimdən gələni edəcəm.
– Fransada hansı nəticəyə ümid edirsiz. Yəqin ki, heç-heçəyə…?
Biz hər oyuna maksimum nəticə qazanmaq üçün çıxırıq. Fransaya da bu ümidlə yollanırıq.