22 Dekabr 2024
Kateqoriyasız

“Qarabağ” üçün əsas məqamlar: Lənətlənmiş arena, “sülhsevər” komanda

Avropa Liqasının qrup mərəhləsinin III turunda “Qarabağ” səfərdə “Monako”nun qonağı olacaq.

İdmanxeber.com-un məlumatına görə, Fransa təmsilçisi qeyri-stabil çıxışı ilə azarkeşlərini üzməkdədi.

“Monako” Fransa Liqa 1-də ev oyunlarını keçirdiyi “Stad Luiz II” arenasında qələbəyə həsrətdi.

Lənətlənmiş arena…

“Monako” Fransa çempionarında öz meydanında keçirdiyi 5 oyunun heç birində qələbə qazana bilməyib – 3 heç-heçə, 2 məğlubiyyət.

Hətta komanda Avroliqanın qrup mərhələsinin II turunda “Tottenhem”lə matçda da son anda məğlubiyyətdən qaça bilmişdi – 1:1. 

“Qarabağ”ın rəqibi bu göstəricilərə görə daxili arenada cari mövsümün ən bərbad 3 klubundan biridi. 

Müdafiəsi etibarsız, hücumu təhlükəli

Komanda avrokubok matçları da daxil son 6 oyununda qapısında nə az, nə çox 11 qol görüb. Müdafiədə zəif çıxışa rəğmən hücum xətti də məhsuldarlığı ilə diqqət çəkir – 6 oyuna 11 qol. 

“Monako” öz meydanında keçirdiyi 6 oyunda (avrokubok matçı da daxil) 5 qol vurub, qapısında 9 top görüb. Komandanın konkret məhsuldar futbolçusu yoxdu. Demək olar ki, bu komandada hər bir futbolçu istənilən anda rəqibləri məyus edə bilər. Bernardo Silva və Lemar digərlərindən fərqli hərəyə 2 dəfə rəqib qapılarını silkələyə biliblər.

Komandanın meydana çıxdığı 4 matçın hamısı heç-heçə başa çatıb. Bu qarşılaşmaların üçü 1:1 hesabı ilə sonuclanıb.

Təbii ki, yuxarıda qeyd olunan göstəricilər “Qarabağ”ın lehinə ola bilər. Lakin Qurban Qurbanovun rəhbərlik etdiyi komandanı Fransada olduqca çətin sınaq gözləyir. Hər halda meydan sahiblərinin bu tilsimi qırmaq üçün əlindən gələni edəcəyi məlum məsələdi.

Səxavət QURBANOV


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43