Avropa Liqasının qrup mərhələsində “Qəbələ” ilə keçiriləcək oyun üçün Bakıya gələn Dortmund “Borussiya”sı erməni futbolçusu Henrik Mxitaryanı Bakıya gətirməyib.
İdmanxeber.com-un məlumatına görə, 26 yaşlı futbolçu artıq Bakıya yola düşən Dortmund təmsilçisinin təyyarəsində yer almayıb.
Almaniya klubunun rəhbərliyi təhlükəsizlik səbəbindən erməni futbolçunu bura gətirməyi lazım bilmədiyini qeyd edib. Lakin Türkiyənin “Sabah” qəzetinin yaydığı məlumata görə, Azərbaycan tərəfi erməni futbolçuya viza verməyib. Məhz bundna sonra UEFA-nın bu məsələ ilə bağlı mövqeyi də maraqla gözlənilir.
Mixitaryanla yanaşı zədəli Subotiç də paytaxtımıza gəlməyəcək.
Qeyd edək ki, sabah 8-ci km qəsəbə stadionunda keçiriləcək “Qəbələ” – “Borussiya” oyunu saat 20:00-da başlayacaq.