Bu gün “Futbol+” qəzeti üçün əlamətdar gündür.
1997-cı ildən fəaliyyət göstərən qəzet 18 yaşını tamam edir. Azərbaycan idman mediasında özünəməxsus çəkisi olan qəzet əvvəllər həftədə 1 dəfə işıq üzü görüb, 1998-ci ilin martından isə həftədə 2 dəfə nəşr olunmağa başlayıb. Sonrakı illərdə dövrülük 3, 4, 2009-cu ilin 1 fevralından isə 5 dəfəyə çatdırılıb. 1-ci,4-cü,5-ci, və 6-cı günkü saylar 16, 2-ci günkü saylar 24 səhifədən ibarət olur.
Bu əlamətdar gün münasibəti ilə İdmanxeber.com saytının kollektivi “Futbol+” ailəsini səmimi qəlbdən təbrik edir, onlara qarşıdakı işlərində bol-bol uğur arzulayır.