22 Dekabr 2024
Kateqoriyasız

“Borussiya”nın baş məşqçisi: “Təəssüf ki, Mxitaryan gələ bilmədi”

Avropa Liqasının qrup mərhələsində sabah Bakıda “Qəbələ”nin qonağı olacaq Dortmund “Borussiya”sının baş məşqçisi Tomas Tuhel bu gün təşkil olunan mətbuat konfransında jurnalistlərin suallarını cavablandırdı.

“Qəbələ”ni təhlil etmişik. Rəqibimiz çox güclüdü. Onların “Krasnodar”la oyununu izləmişik. Qələbəyə layiq idilər. “Qəbələ”ni məğlub etmək çox çətindi. Bizi çətin oyun gözləyir. Buna baxmayaraq, qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik”.

– Şmeltser sabahkı oyun hazırdırmı?

– Buna sabah qərar verəcəyik.

 Sabah bu vaxtı matçın təxminən 50-ci dəqiqəsi oynanılacaq. Bəs indi necə, həyəcanlısnızmı?

– Bəli, rəqibdən asılı olmayaraq həyəcan olur. Rəqibə böyük hörmətimiz var. Biz özümüzə inanırıq. Qarşımıza müəyyən tapşırıq qoyulub. 4-4-2 taktiki sxemi ilə oynamağı düşünürük. Qələbə qazanmaq istəyirik. Ancaq bu, çox çətin olacaq. Özümüzə inanırıq və məqsədimiz var. Gərək rəqibə qarşı diqqətli olaq. Topla yaxşı oynamalıyıq.

– Henrik Mxitaryanın yoxluğu oyununuza necə təsir edəcək?

– Təəssüf olsun ki, Mxitaryan siyasi məsələ ilə bağlı bura gələ bilməyib. Sabahkı matçda önəmli oyunçumuzu itirmiş olduq. Amma onun əvəzində çıxış edə biləcək başqa futbolçular var. Məsələn, Yonas Hofmann sabah əsas heyətdə yer ala bilər.

– “Maynts”la qarşılaşma Marko Roys 2 qol vurdu. Artıq əvvəlki formasını bərpa edibmi?

– Roys penaltini yerinə yetirə bilməsə də, nəticəyə təsir edən 2 qol vurdu. Demək olar ki, əvvəlki formasına qayıdır. Biz “Maynts” üzərində əzmkar qələbə qazandıq. “Qəbələ” ilə matçda da Roysun xidmətindən istifadə edə biləcəyik. (DSport)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43