“Qalib gəldiyimiz üçün çox sevinirəm. Əsas məqsəd üç xal qazanmaq idi, bunun da öhdəsindən gəldik. Rəqib matçın ilk 15 dəqiqəsində bizə çətinlik yaratsa da, fərqlənməyi bacarmadılar”.
İdmanxeber.com-un məlumatına görə, bu sözləri “Borussiya”nın (Dortmund) futbolçusu İlkay Gündoğan Avropa Liqasının qrup mərhələsinin üçüncü turunda “Qəbələ”yə 1:3 hesabı ilə uduzduqları matçdan sonra deyib.
O, “Qəbələ”dən belə oyun gözləmədiyini bildirib:
“Sözün düzü, belə gözləmirdik. Rəqibin müdafiə futbolu oynayacağını düşünürdük. “Qəbələ”nin belə oyunu bizim üçün gözlənilməz oldu, amma biz müdafiədə heç bir səhv etmədik.Toparlanaraq ilk hissədə 2 top vurmağı bacarmadıq. Düşünürəm ki, layiq olduğumuz qələbəni qazandıq”.