24 Yanvar 2025
Kateqoriyasız

“Qəbələ” iki xalı yorğunluqdan itirmədi” – Qriqorçuk

"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk bu gün Azərbaycan Premyer Liqasının “Zirə”yə qarşı oyununu (0:0) şərh edib.

İdmanxeber.com-un PFL-in saytına istinadən yaydığı xəbərə görə, o deyib:

– Bu gün çox vacib xallar itirdik. Belə gərgin qrafikdə həm psixoloji, həm də fiziki planda çatışmazlıqlar olur. Digər tərəfdən səhvlərimizi aradan qaldırmalıyıq. Çünki vaxtımız çox azdır. Yorğunluğun gətirdiyi əsəb gərginliklərinin olduğu vaxtda xarakter nümayiş etdirməliyik. Biz bu gün iki xalı yorğunluqdan itirmədik. Düzdür, müəyyən dəyişiklik etmək olar. Məncə, heyətdə 4, 5 oyunçunu dəyişə bilərik. İki fərqli heyətlə oynamaq isə olmaz”.

Roman Qriqorçuk Ukrayna milli komandasından təklif almasına dair xəbərlərə bir daha münasibət bildirib (spotnet.az). O, özü və klubunun heç bir təklif almadığı halda, şayiələrə münasibət bildirməyi məntiqli saymayıb. "Qış fasiləsindən sonra komandada qalacaqsınızmı?" sualına isə Qriqorçukun reaksiyası belə olub: "Mən artıq cavab verdim".


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43