29 İyun 2026
Ölkə futbolu

Avropa Liqası: “Qarabağ” Rumıniya klubuna uduzdu  – YENİLƏNİB  

“Qarabağ” bu gün UEFA Avropa Liqasında Rumıniyanın FCSB komandasını qəbul edib.

İdmanxeber.az-ın məlumatına görə, Liqa mərhələsinin VII turuna təsadüf edəcək oyun Tofiq Bəhramov adına Respublika stadionunda keçirilib. Qarşılaşma Rumıniya klubunun qələbəsilə başa çatıb – 3:2.

Bu nəticənin ardından “Qarabağ” 3 xalla 33-cü sırada qərarlaşıb.

UEFA Avropa Liqası

Liqa mərhələsi, VII tur

23 yanvar

21:45. “Qarabağ” – FCSB (Rumıniya) 2:3

Qollar: Leandro Andrade, 1 (1:0), Şut, 7 (1:1), Nqezana, 41 – avtoqol (2:1), Mikulesku, 45+4 (2:2), Şut, 73 (2:3)

Baş hakim: Filip Qlova (Slovakiya).

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43