“Bu gün ötən oyunlardan heç bir fərq olmadı. Komandam yenə böyük üstünlük şəraitində oynadı. Biz qollar vurmalı idik, amma bunu bacara bilmədik. Üstün oyun sərgiləsək də, qələbə qazanmadıq”.
İdmanxeber.com-un məlumatına görə, bu sözləri “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk deyib.
“Kəpəz”ə məğlubiyyəti şərh edən ukraynalı mütəxəssis Dodosuz komandanın qələbə qazana bilməməsinə də toxunub:
“Həmin problemləri aradan qaldırmaq lazımdır. Biz üstün oynayırıq, amma qol vura bilmirik. Deməli, hücumların sonluğunu düzəltməliyik. Çatışmazlıqların nədən ibarət olduğunu bilirik. Futbolda əsas olan nəticədir. 3 oyunda 9 xal qazana bilərdik, amma bunların sayı 2 oldu. Məğlubiyyəti Dodo ilə əlaqələndirmək olmaz. Dodo bizim komandanın kapitanıdır, vacib oyunçudur. Ona hörmət edirəm. Amma elə bir futbolçu yoxdur ki, mövsüm boyu zədələnməsin və ya cəzalı duruma düşməsin”.