UEFA Avropa Liqasının qrup mərhələsində keçiriləcək “Borussiya” (Dortmund) – “Qəbələ” matçının baş hakimi müəyyənləşib.
İdmanxeber.com-un məlumatına görə, “qırmızı-qaralar”ın səfər matçı belçikadan olan Sebastien Delferiere həvalə olunub.
Qeyd edək ki, noyabrın 5-də keçiriləcək “Borussiya” – “Qəbələ” oyunu Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.