Bu gün 19 yaşadək futbolçulardan ibarət yığmalar arasında keçiriləcək Avropa çempionatının seçmə mərhələsinin oyunlarına start veriləcək.
İdmanxeber.com-un məlumatına görə, Azərbaycan millisi də bu gün ilk matçına çıxacaq.
5-ci qrupda qərarlaşan yığmamız Ukrayna ilə qarşılaşacaq. "Bayıl Arena"da keçiriləcək oyun saat 18:00-da başlayacaq.
Qeyd edək ki, qrupun digər oyununda Türkiyə millisi Bosniya və Hersoqovina ilə üz-üzə gələcək.
10 noyabr
Avropa çempionatının seçmə mərhələsi
18:00. Azərbaycan – Ukrayna – 0:4
Qollar: Dmitro Şevçenko, 46 (0:1), Sşebetun, 62 (0:2), Mixalonok-pen, 87 (0:3), Şved, 90+4 (0:4)
Hakimlər: Tore Hansen, Oystayn Ytterand, Nime Nimleyd
"Bayıl Arena".