Şota Arveladzenin istefasından sonra baş məşqçi aхtarışına çıхan “Trabzonspor”u “Xəzər Lənkəran”ın sabiq baş məşqçisi Mustafa Dənizli çalışdıra bilər.
İdmanxeber.com-un məlumatına görə, Trabzon təmsilçisinin prezidenti İbrahim Hacıosmanoğlu Dənizli ilə görüşüb. Əgər klub prezidentliyinə seçkilərdə Hacıosmanoğlu qalib gələrsə o zaman onu komandanın başına gətirəcək.