"Avro-2016"nın final mərhələsinə vəsiqə verən "pley-off"un cavab oyunlarına start verilib.
İdmanxeber.com-un məlumatına görə, ilk oyun günündə bir qarşılaşma baş tutub.
Macarıstan öz meydanında Norveçlə qarşılaşıb. Səfərdə rəqibinə qalib gələn macarlar öz meydanında da Norveçi məğlub edərək Fransaya bilet qazanıb.
Qeyd edək ki, pley-off mərhələsinin qalan 3 oyunu sabah və noyabrın 17-də keçiriləcək.
Avro-2016, pley-off cavab oyunu
15 noyabr
Macarıstan – Norveç – 2:1
Qollar: Priskin, 14, Henriksen, 83 (öz qapısına) – Henriksen, 87
İlk oyun – 1:0