Kateqoriyasız

Floresku dubl, “Qəbələ” darmadağın etdi

“Qəbələ” ötən gün yoxlama oyunu keçirib.

İdmanxeber.com-un klubun saytına istinadən yaydığı xəbərə görə, milli komandaların oyunları ilə əlaqədar yaranan fasilə dövründə məşqlərini Qəbələ şəhər stadionunda davam etdirən “qırmızı-qaralar” U-19-u sınağa çəkib.

Bəzi oyunçular yığmaların düşərgəsində olduğundan və bir neçə futbolçunun zədə üzündən məşqlərə qatılmamağı səbəbindən baş məşqçi Roman Qriqorçuk əvəzedici komandanın üzvlərinə də bu matçda şans verib.

Hər hissədə 2 qol vuran əsas komanda U-19-u 4:0 hesabı ilə məğlub edib. Floresku dubl edib. Aleksey Antonovla  Asif Məmmədov isə hərəyə bir dəfə fərlqləniblər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43