Türkiyəli baş məşqçi Fatih Terimin “Panatinaikos” karyerası erkən başa çatıb.
İdmanxeber.az-ın məumatına görə, təcrübəli çalışdırıcı bu barədə öz sosial şəbəkə hesabında məlumat verib.
Tərəflər arasında qarşılıqlı razılaşma əsasında müqaviləyə son verilib.
Qeyd edək ki, Fatih Terim ötən ilin dekabr ayında “Panatinaikos”un baş məşqçisi təyin olunmuşdu.

