30 İyun 2026
Ölkə futbolu

AFFA prezidenti FIFA-nın Konqresində bir sıra görüşlər keçirdi

AFFA prezidenti Rövşən Nəcəf Tailandın paytaxtı Banqkokda təşkil olunan FIFA-nın 74-cü Konqresində bir sıra görüşlər keçirib.

İdmanxeber.az milli assosiasiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, funksioner Türkiyə, ABŞ, Fransa, Gürcüstan, Belarus, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Moldova, Çexiya, Şotlandiya, Uels və Şimali İrlandiya futbol federasiyalarının rəhbərliyi ilə görüşüb.

Burada müxtəlif mövzülarda fikir mübadiləsi aparılıb, gələcəkdə qarşılıqlı əməkdaşlığın gücləndirilməsi ilə bağlı məsələlər müzakirə olunub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43