Kilian Mbappe PSJ-dən “Real”a keçərkən maaşının azalmasına razılaşıb
İdmanxeber.az-ın məlumatına görə, 25 yaşlı fransalı Madrid klubu ilə vergilər çıxdıqdan sonra 15 milyon avro maaşla 5 illik müqavilə imzalayacağı gözlənilir. Futbolçu həmçinin imza bonusu şəklində 150 milyon avro alacaq.
“Sky Sports”un məlumatına görə, Mbappenin 2023/24 mövsümündə PSJ-də maaşı ildə 75 milyon avro olub. Futbolçu parislilərdən imza bonusu şəklində də 30 milyon avro alıb.
Mayın 10-da Mbappe 2023/24 mövsümünün sonunda azad agent kimi PSJ-dən ayrılacağını açıqlamışdı.

