“Real” yarımmüdafiəçi Lukas Vaskeslə müqaviləni uzatmaq niyyətindədir.
İdmanxeber.az-ın məlumatına görə, hər iki tərəf əməkdaşlığı davam etdirməkdə maraqlıdır. “Real” 32 yaşlı ispaniyalının ardından Dani Karvaxalla da danışıqlara başlamağı planlaşdırır.
2023/24 mövsümündə Vaskes “Real”ın heyətində bütün turnirlərdə 35 matçda 2 qol vurub və 6 məhsuldar ötürmə edib. Karvaxal isə 39 oyunda 5 qol və 5 məhsuldar ötürmə edib.

