22 Dekabr 2024
Kateqoriyasız

“Böyük oyun” öncəsi “Xəzər Lənkəran” bu xəbərlə sevindi

“Xəzər Lənkəran” doğma şəhərdə “Böyük oyun” hazırlıqlarını davam etdirir.

İdmanxeber.com-un məlumatına görə, komanda ötən günlərdə təşkil olunan intensiv hazırlıq planına uyğun olduğu kimi noyabrın 17-də də iki məşq keçib. Səhər hazırlığı əsasən fiziki çalışmalardan ibarət olubsa axşam məşqində taktiki tapşırıqlar üzərində işlənilib.

Qeyd edək ki, dünən 21-yaşadək futbolçulardan ibarət millinin heyətində Rusiya yığması ilə oyunda zədələnərək meydanı tərk etməyə məcbur olan Elnur Cəfərov çox güman “Neftçi” ilə görüşdə iştirak edə biləcək. Belə ki, milli komandanın oyunundan sonra təcili surətdə aparılan ilkin müayinənin nəticəsində gənc futbolçunun zədəsinin ciddi və qorxulu olmaması aşkarlanıb. Əgər belə davam edərsə Elnur bir günlük istirahətdən sonra “Xəzər Lənkəran”ın hazırlıqlarına qatılacaq.

12cioyuncu.info


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43