İngiltərə Premyer Liqasının 13-cü turunda keçiriləcək görüşlərdə matçdan əvvəl Fransanın dövlət himni səslənəcək.
İdmanxeber.com-un məlumatına görə, Premyer Liqanın idarə heyətinin başçısı Riçard Skudmor verdiyi açıqlamada bildirib ki, həftə sonu keçiriləcək bütün matçlardan öncə Fransanın dövlət himni səslənərək Parisdə baş vermiş terror aktı zamanı həyatını itirən insanların xatirələri anılacaq.
Qeyd edək ki, Fransa – Almaniya matçı zamanı Parisdə törədilən terror aktı zamanı 129 insan həlak olmuşdu.