23 Dekabr 2024
Kateqoriyasız

“Qəbələ”dən rəsmi mövqe: “Tale Heydərov o adamlarla görüşməyib”

Bu gün Türkiyənin “Hürriyet” qəzetində “Beşiktaş taraftarları transfer oldu” başlıqlı məqalə dərc olunub. Yazıda özünü “Beşiktaş” azarkeşi kimi təqdim edən Sedat Özdemir bir neçə digər azarkeşlə “Qəbələ” klubunun prezidenti Tale Heydərovla görüşdüklərini və müəyyən şərtlər müqabilində komandanı dəstəkləyəcəklərini, klubun dəstəkləyən tərəfdar qrupları ilə öz təcrübələrini bölüşəcəklərini bildirib.

İdmanxeber.com-un məlumatına görə, bununla əlaqədar “Qəbələ” klubu özünün rəsmi Facebook səhifəsi vasitəsi ilə açıqlama yayıb.

Açıqlama deyilir: “Təəssüf və təəccüblə bildiririk ki, dərc olunan yazı həqiqətdən uzaqdır. Klubumuzun prezidenti Tale Heydərov adları çəkilən şəxslərlə görüşməyib.

Xatırlatmaq istərdik ki, 6 avqust 2015-ci il tarixdə UEFA Avropa Liqasının III təsnifat mərhələsi çərçivəsində Bakıda keçirilmiş “Qəbələ”-“Apollon” (Kipr) matçından əvvəl klubumuza heç bir bağlılığı olmayan fan-klublardan biri tərəfindən oyuna “Beşiktaş” azarkeşlərinin gələcəyi barədə bizə məlumat verilib. Həqiqətən də bir qrup türkiyəli azarkeş yalnız “Apollon”la görüşdə digər fan-klublarla bərabər komandamızı dəstəkləyib və bunun qarşılığında klub tərəfindən sözügedən azarkeşlərə hər hansı maddi vəsait ödənməyib.

Bir daha vurğulamaq istərdik ki, klubumuzun yazıda qeyd olunan şəxslərlə heç bir müstəvidə əməkdaşlığı mövcud deyil və xəbər həqiqəti əks etdirmir”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43