Kateqoriyasız

“Kəpəz” “Qarabağ”la oyuna itkilərlə çıxacaq

“Kəpəz” Azərbaycan Premyer Liqasının 13-cü turunda səfərdə qarşılaşacağı “Qarabağ”la oyunu üçün hazırlığını tamamlayıb.

İdmanxeber.com-un klubun saytına istinadən yaydığı xəbərə görə, komanda bu gün matç öncəsi son məşqinə çıxıb.

Ağdam klubu ilə qarşılaşmada “Kəpəz”dən Bəxtiyar Soltanov cəza səbəbindən, Dario Frederiko əməliyyat olunduğundan komandaya kömək edə bilməyəcək. Məşqdə zədələnən və ayağında ağrıları olan Tərlan Quliyevin də oynayıb-oynamayacağı sual altındadır. Klubun tibb personalı müdafiəçinin müalicəsi ilə məşğuldur.

Uzun müddət zədəli olan və heyətə yeni qoşulan Kərim Diniyevin isə tam hazır olmadığından oyunu buraxacağı dəqiqdir.

Qeyd edək ki, “Qarabağ” – “Kəpəz” oyunu sabah keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43