Kateqoriyasız

“Böyük oyun”un böyük qəhramanları “Neftçi” ilə oyunda sürpriz vəd etdi

Azərbaycan Premyer Liqasının XIII turunun mərkəzi matçı barışmaz rəqiblər "Xəzər Lənkəran" və "Neftçi" arasında olacaq.

İdmanxeber.com-un məlumatına görə, noyabrın 22-də Lənkəranda baş tutacaq "Böyük oyun"da azarkeş qadağası qüvvədə qalır. Məhz buna görə də, "Neftçi" fanatları "Fırtınalar meydanı"nda "ağ-qaralar"a dəstək ola bilməyəcək.

Lənkəranlı azarkeşlər isə bu oyuna ciddi hazırlaşır. Komandaların tutduğu mövqelərə, sərgilədiyi futbola rəğmən prinsipiallığını qoruyan "Böyük oyun" üçün "Caspian Ultras" fan qrupu xüsusi hazırlaşır. Qrupun rəhbəri Ceyhun Əlizadə "İ" sektorunda qərarlaşacaq "Caspian Ultras"ın həmin gün sürpriz edəcəyini bildirib:

"Caspian Ultras" olaraq həmişəki kimi "Böyük oyun"a xüsusi hazırlaşırıq. Bu dəfə daha enerjili, daha həvəslə. Çünki biz xtəkcə xoş günlərin azarkeşi deyilik. Buna görə də, həmin gün 90 dəqiqə gənclərimizi sona kimi dəstəkləyəcəyik. Bakıdan 56 yerlik avtobusla oyun günü saat 09:20-də Lənkərana yola düşəcəyik. Bu oyunda Azərbaycna futbol tarixində bir ilkə imza atmağı düşünürük. Sürprizimizi oyun günü görəcəksiz. 600-700 nəfərlik azarkeş orudusu ilə "İ" sektorunda qərarlaşacağıq. "Neftçi" 8 ildir Lənkəranda qələbə qazana bilmir. Bu həsrəti 9 il edəcəyik".

Klubun azarkeşlərlə iş üzrə əlaqələndirici nümayəndəsi Elman Tağıyev də azarkeşlərin sözügedən matça həvəslə hazırlaşmasında danışaraq, bir neçə nüansa toxunub:

"Bu komandalar arasında hər zaman oyunlar gərgin keçir, gözəl atmosfer olur. Təbii ki, Lənkərandakı oyunlar həm azarkeşlər, həm də komandamızın sərgilədiyi oyun baxımından "Neftçi" üçün qorxulu yuxudu. Bu oyuna da azarkeşlərin marağı böyükdü. Təəssü ki, azarkeş qadağası var. Bu komandalar arasındakı köhnə oyunlara baxıram ordakı ab-hava, azarkeşlərin şousu bir başqadı. Təəssüf ki, bu qadağa hələ də qüvvədədi. Başqa ölkələrdə, Sebriya, Türkiyə və digərlərində debri matçlara əlavə rəng qatan azarkeşlərdi. İnanırıq ki, Bakıdakı oyuna kimi bu qadağa ləğv olunacaq.  Hər şeyə rəğmən bu matç öz statusunu itirmir. Biz bu oyuna 1 həftə qalmışdan hazırlaşırıq. Sürprizlər də var. Azarkeşlərimizin bu sürprizini indidən demək düzgün çıxmaz. Hər kəs görəcək. Gözəl oyun, gözəl dəstək görəcəksiniz".


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43