Topaz Premyer Liqasının XIII turunda “Xəzər Lənkəran” doğma meydanında “Neftçi”yə 2-0 hesabı ilə məğlub olub. Oyundan sonra “Xəzər Lənkəran”ın kapitanı Rahid Əmirquliyev jurnalistlərin suallarını cavablandırıb.
-Oyun barədə fikirləriniz…
-Bizin üçün vacib matç idi. 8 ildi doğma meydanda “Neftçi”yə məğlub olmurduq. Qələbə qazanmaq istəyirdik. Amma alınmadı. Çox təəssüflənirəm.
-İlk hissəyə nisbətən, ikinci hissədə zəif oynamağınızın səbəbi nə idi?
-Nə demək olar?! Oyuna baxıb səhvlərimizi araşdıracağıq. Belə davaç etmək olmaz. Hər oyunda meydana çıxıb məğlub oluruq. Azarkeşlərimiz bizi dəstəkləyirlər. Onların qarşısında məğlub olmaq çətindir. Belə nəticələr “Xəzər Lənkəran”a yaraşmır. Yanvar ayına qədər gözləməliyik.
-Komandanı çiynində daşımaqdan yorulamamısan?
-Heyətimiz gənclərdən ibarət futbolçulardan təşkil olunub. Hər oyun məğlubiyyət ardınca məğlubiyyət…Bunu dərk etmək həqiqətən çətindir. Belə nəticələr futbolçulara çox pis təsir edir.
-Yanvardan sonra komandadan nə gözləyirsən?
-Rəhbərlik yaxşı olacağına söz verib. Onlardan soruşsanız daha yaxşı olar. Biz hər şeyin yaxşıolacağına ümid edirik. Belə davam edə bilməz.
-Əgər yanvardan sonra dəyişiklik olmasa, “Xəzər Lənkəran”dan getmək fikrin var?
-Düzü, mövsümün sonunadək müqaviləm var. Belə davam etməməlidi. Mütləq dəyişikliklər olmalıdı. Azarkeşlərimiz bizə dəstək verirlər. Bunun qarşılığını verməliyik.
-Yəni, Rahid Əmirquliyev “Xəzər Lənkəran”dan gedə bilər?
-Bu futboldu. Hər şey ola bilər. Dediyim kimi, mövsümün sonunadək müqaviləm var. Əgər belədava edərsə,ayrıla bilərəm.
Rahid Əmirquliyev: “Xəzər Lənkəran”dan gedə bilərəm” – MÜSAHİBƏ
İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43