Topaz Premyer Liqasının XIII turunda “Xəzər Lənkəran” doğma meydanında “Neftçi”yə 2-0 hesabı ilə məğlub olub.
İdmanxeber.com-un məlumatına görə, oyundan sonra “Xəzər Lənkəran”ın futbolçusu Rasim Ramaldanov jurnalistlərin suallarını cavablandırıb.
-Uzun müddətdən sonra doğma meydanda “Neftçi”yə məğlub oldunuz. Matçla bağlı fikirləriniz necədir?
-Çətin oyun olacağını bilirdik. Yaxşı hazırlaşmışdıq. Hamımız qələbə haqqında fikirləşirdik. Həqiqətən çətin oldu.
-Rəqib ilk qolu müdafiənin mərkəzindən vurdu. Onları dayandırmaq niyə mümkün olmadı?
-Biz arxayınlaşmamışdıq. Sadəcə, futbolçunu saxlaya bilmədik və bizdən sıyrılıb qol vurdu. Futbolda hər zaman belə şeylər olur.
-Qələbə üçün sizdə nə çatışmadı?
-Nə bilim?! Qələbə üçün çox istəkli idik. Amma sonluğu gətirə bilmədik. Rəqibin cərimə meydançasında dəqiq oynaya bilmıdik.
-Birinci hissədə üstün futbol oynadınız. İkinci hissədə nə baş verdi ki, stünlüyü rəqibə verdiniz?
-Dəyişən bir şey olmadı. Biz bacardığımızı etdik. Həqiqətən mənim üçün çox ağır oyun oldu. Zədədən yeni qayıtmağıma baxmayaraq,90 dəqiqə komandaya kömək etməyə çalışıdım.
-Qışdan sonra komandada dəyişiklik olacaqmı? Buna söz veriblərmi?
-Dəyişiklik olacaq. Belə heyətlə bundan artığını etmək mümkün deyil. Buna baxmayaraq yaxşı gənclərimiz var. Onların təcrübə toplamalarına ehtiyac var.
-Komandadakı maliyyə problemlərinin çıxışınıza nə kimi təsiri var?
-Maddi vəziyyəttimiz düzələcək. Rəhbərlik buna söz verib. Bunun oyunumuza heçbir aidiyyatı yoxdur.
-8 ildi doğma meydanda “Neftçi”yə məğlub olmurdunuz. Bunun üçün təəssüflənirsinizmi?
-Futbolda hər şey olur. Biz əlimizdən gələnin hamısını etdik.