Avropa Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində keçiriləcək “Molde” – “Fənərbağça” matçının hakimləri müəyyənləşib.
İdmanxeber.com-un məlumatına görə, noyabrın 26-da Norveçdə keçiriləcək bu qarşılaşmanı Miroslav Zelinkanın başçılıq etdiyi çexiyalı hakimlər briqadası idarə edəcək.
Ona həmyerli Andre Pelinak və Jan Patak kömək edəcək.
Xatırladaq ki, Zelinka ötən mövsüm Avropa Liqasının qrup mərhələsində “Qarabağ” – “İnter” matçını idarə etmişdi. O, qarşılaşmanın son dəqiqələrində Riçard Almeydanın vurduğu qolu qeydə almamışdı və bunun nəticəsində Ağdam təmsilçisi mübarizəni qrup mərhələsində dayandırmalı olmuşdu.