UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Qarabağ" öz meydanında "Tottenhem"lə qarşılaşıb və rəqibinə bir qolla məğlub olub.
İdmanxeber.com-un məlumatına görə, bu məğlubiyyətə rəğmən "Qarabağ"ın qrupdan çıxmaq şansı var. Belə ki, bunun üçün gərək Ağdam klubu Belçikada "Anderlext"i məğlub etsin.
1 – Əgər Ağdam klubu səfərdə qələbə qazansa və Londonda "Tottenhem" "Monako"nu məğlub etsə o zaman "Monako" 6 xalda qalır. "Anderlext" və "Qarabağ"ın isə 7 xalı olur. Bu halda Qurban Qurbanovun rəhbərlik etdiyi komanda qrupdan çıxa bilər.
2 – Və ya İngiltərədə heç-heçə olsa belə 3 komanda arasındakı xallar hesablanır. Burada isə "Qarabağ" "Anderlext"dən 6, "Monako"dan 1 xal almış olur. Bu nəticə ilə yenə "Qarabağ/" qrupdan çıxır. Çünki "Qarabağ" "Anderlext"dən 6, "Monako"dan 1 xal alır, olur 7 xal. "Monako" "Anderlext"dən 1, "Qarabağ"dan 4 xal alır, olur – 5 xal. "Anderlext" isə "Qarabağ"dan xal ala bilmir, "Monako"dan 4 xal alır. Bu da olur – 4 xal.
3 – Əgər "Qarabağ" Belçikada qalib gəlməsə o zaman qrupdan çıxmaq şansı bitir.
Qeyd edək ki, sonuncu turun oyunları dekabrın 10-da keçiriləcək.