“Xəzər Lənkəran”ın kapitanı Rahid Əmirquliyev yubiley oyununu keçirib.
İdmanxeber.com xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi Premyer Liqada 250-ci dəfə “ağ-yaşıllar”ın formasını geyinib. Bu, Topaz Premyer Liqasının XIV turunun “Zirə” ilə səfər qarşılaşmasında gerçəkləşib.
İndiyədək komandada hamıdan çox – 314 qarşılaşma keçirən orta sahə oyunçusu 249 dəfə çempionat görüşündə iştirak edib. Əmirquliyevin digər oyunları avrokuboklara, Birlik kuboku, Superkubok və ölkə kubokuna təsadüf edib. Komandadakı 10-cu mövsümündə 250-yə çatan kapitan bu qarşılaşmalarda 23 qol vurub, 43 sarı vərəqə alıb.
Onun 2006-cı ilin yayında keçdiyi “Xəzər Lənkəran”da debütü 2006/07 mövsümünə təsadüf edib. O, avqustun 11-də “Xəzər Lənkəran” mərkəzi stadionunda “Neftçi”yə qarşı keçirilən matçın 78-ci dəqiqəsində oyuna daxil olub. Bunadək Qusar “Şahdağ”ında çıxış edən yarımmüdafiəçi ümumilikdə Premyer Liqada 306 qarşılaşma keçirib.
Mövsüm |
Oyun |
Dəqiqə |
Qol |
Sarı |
Qırmızı |
2006/07 |
17 |
801 |
5 |
1 |
0 |
2007/08 |
16 |
1103 |
1 |
2 |
0 |
2008/09 |
24 |
2017 |
4 |
3 |
0 |
2009/10 |
27 |
2236 |
1 |
5 |
0 |
2010/11 |
30 |
2548 |
0 |
4 |
0 |
2011/12 |
31 |
2790 |
5 |
5 |
0 |
2012/13 |
30 |
2629 |
1 |
5 |
0 |
2013/14 |
31 |
2601 |
0 |
7 |
0 |
2014/15 |
30 |
2700 |
2 |
8 |
0 |
2015/16 |
13 |
1170 |
4 |
3 |
0 |
Cəmi |
249 |
20595 |
23 |
43 |
0 |