UEFA klubların yeni reytinq cədvəlini açıqlayıb.
İdmanxeber.com-un məlumatına görə, klublarımız içində bundan öncəki cədvəllə müqayisədə ən böyük yüksəlişə "Qəbələ" nail olub. "Qırmızı-qaralar" 42 pillə irəliləyərək 294-cü yerdən 252-ci yerə yüksəlib.
Təmsilçilərimiz arasında ən yaxşı göstərici "Qarabağ"a məxsusdu – 128-ci yer. Lakin Ağdam klubu ötən ayla müqayisədə geriləyib. Hazırda "Qarabağ" siyahıda "Bursaspor", "Olimpiakos" kimi komandaları geridə qoyub.
Klublarımızdan "Neftçi" 164-cü, "İnter" 246-cı, "Xəzər Lənkəran" 282-ci, "Bakı" 333-cü, AZAL isə 334-cü yerdə qərarlaşıb.