Bu gün Azərbaycan kubokunda 1/8 final mərhələsinə yekun vurulacaq.
İdmanxeber.com-un məlumatına görə, son oyun günündə iki qarşılaşma baş tutacaq.
"Rəvan" öz meydanında birinci divizion təmsilçisi "Bakı"nı sınağa çəkəcək. "Qəbələ" isə evdə "Mil-Muğan"la münasibətlərinə aydınlıq gətirəcək.
Qeyd edək ki, dünən keçirilən oyunlardan sonra “Neftçi”, “Qarabağ”, “İnter”, “Sumqayıt”, “Zirə” və “Xəzər Lənkəran” klubları 1/4 finala yüksəlib.
3 dekabr (çərşənbə)
Azərbaycan kuboku, 1/8 final
17:00. “Qəbələ" – "Mil-Muğan” 7:0
Qol: Meza Kolli, 6, Ruslan Abışov, 16, Pereyra, 22, 45, Rikardinyo, 43, Vaqif Cavadov, 57, Asif Məmmədov, 83
Hakimlər: Orxan Məmmədov, Kamran Bayramov, Coşqun Həsənov, Rəşad Əhmədov
Qəbələ şəhər stadionu.
20:00. “Rəvan” – “Bakı” – 1:0
Qol: Vüqar Bəybalayev, 23 (1:0)
Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Vaqif Musayev, Emin Nağıbəyov
“Bayıl Arena”.