Premyer Liqanın XVI turunda AZAL-la qarşılaşacaq “Xəzər Lənkəran” oyuna ciddi itki ilə çıxacaq.
İdmanxeber.com-un məlumatına görə, cənub klubunun müdafiəçisi İlyas Səfərzadə dünənki oyunda sarı kart alaraq cəzalı duruma düşüb. Cari mövsümdə 4-cü sarı vərəqəsini alan futbolçu buna görə də AZAL-la matçı tribunadan izləmək məcburiyyətində qalacaq.
Qeyd edək ki, AZAL – “Xəzər Lənkəran” oyunu dekabrın 13-də baş tutacaq.