22 Dekabr 2024
Müsahibə

“İnter”i məyus edən futbolçu: “Çalışacam ki, “Qarabağ”a da qol vurum” (MÜSAHİBƏ)

“Sumqayıt”ın hücumçusu Amil Yunanovun İdmanxeber.com-a müsahibəsi.

– İlk hissədə vurduğunuz qollarla qələbə qazandınız. Oyun haqda fikirlərin?

– Maraqlı və gərgin matç oldu. Çox xoşbəxtəm ki, komandamın qələbəsində pay sahibi oldum. Ötən oyunda “Kəpəz”lə matçda qələbəni əldən vermişdik. Amma bu dəfə buna yol verə bilməzdik. Azarkeşlərimizi bu qələbə münasibəti ilə təbrik edirəm. Şükürlər olsun ki, bu matçda qalib gəldik.

– “İnter”ə  qalib gələcəyinizi gözləyirdiniz?

– Sözün düzü, özümüzə çox güvənirdik. Ümid edirdik ki, qalib gələ bilərik. Bu matça qələbə üçün çıxmışdıq və bacardıq.

– Ardıcıl iki oyunda fərqlənmisən. Növbəti turda “Qarabağ”la qarşılaşacaqsınız. Qolların ardı gələcək?

– Bu, futboldu. Hər bir şey baş verə bilər. Əlbəttə, çox istərdim ki, yenə də qol vurum. Hər matça komandama kömək etmək üçün çıxıram. Çalışacam ki, “Qarabağ”a da qol vurum. İnşallah, istəyimə çataram.

– Komandada yerini möhkəmləndirirsən…

– Çalışıram ki, komandama daha da faydalı olum. Samir müəllimə də təşəkkür edirəm. İnşallah, bacardığımı “Sumqayıt” üçün edəcəm

– “Neftçi” ilə xal fərqi dördə endi və çempionatda üçüncü qolunu vurdun. Qış fasiləsinə kimi ilk “altılığ”a düşəcəyinizə inanırsınız?

– Hər oyuna qələbə əzmi ilə çıxırıq. Niyə də bacarmayaq? Çalışacağıq ki, qış fasiləsinə kimi daha çox xal toplayaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43