22 Dekabr 2024
Dünyadan

“Real” azarkeşlərinin sevinəcəyi xəbər

Madrid "Real"ının müdafiəçisi Serxio Ramos La Liqanın növbəti turunda səfərdə "Vilyareal"la keçiriləcək matçda oynaya bilər.

İdmanxeber.com-un məlumatına görə, bu haqda omandanın baş məşqçisi Rafael Benites məlumat verib.

O bildirib ki, 29 yaşlı futbolçu qarşıdakı oyunda meydana çıxmağa hazırdı.

Təcrübəli müdafiəçi sonuncu dəfə noyabrın 21-də "Barselona" ilə oyunda meydanda olub. Bundan sonra o, zədəsini sağaltmaqla məşğul idi.

Ramos çiyninin zədəsinə görə komandasının 5 oyununu buraxıb.

"Vilyareal" – "Real" oyunu dekabrın 13-də keçiriləcək, Bakı vaxtı ilə saat 23:30-da start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43