22 Dekabr 2024
Dünyadan

“Milan”da vitse-prezidentin qohumu klubdan oğurluq etdi

Uğursuz nəticələri ilə azarkeşləri üzən “Milan”da oğurluq faktı aşkarlanıb.

İdmanxeber.com-un məlumatına görə, İtaliya təmsilçisinin əməkdaşı Mustafa Medhun klubdan forma və texniki ləvazimatlar oğurladığı üçün polis tərəfindən saxlanılıb.

Onun bu çirkin əməli soyunub-geyinmə otağına qoyulmuş gizli kamera sayəsində aşkarlanıb.

Qeyd edək ki, Medhun vitse-prezident Adriano Qallianinin keçmiş həyat yoldaşının qardaşıdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43