Rusiyada Valentin Qranatkinin xatirəsinə həsr olunan ənənəvi turnirin növbəti yarışının püşkü atılıb.
İdmanxeber.com-un məlumatına görə, 1998-ci il təvəllüdlü yeniyetmələr arasında təşkil olunan turnirdə Azərbaycan yığması da mübarizə aparacaq. Püşk Azərbaycan yığmasını C qrupunda Sloveniya, Latviya və Bolqarıstana rəqib edib.
A qrupunda yerli Sankt-Peterburq, Belarus, Slovakiya, Yaponiya və Litva, B qrupunda isə Finlandiya, Rusiya, Estoniya, Qazaxıstan və Moldova yarışacaq.
Qeyd edək ki, bu turnir gələn il yanvarın 2-dən 13-dək Sankt-Peterburqda keçiriləcək.