Bu gün Azərbaycan premyer Liqasında XVII tura yekun vurulacaq.
İdmanxeber.com-un məlumatına görə, son oyun günündə iki qarşılaşma baş tutacaq.
Günün ilk oyununda Gəncənin "Kəpəz" klubu Lənkəranda "Xəzər Lənkəran"ın qonağı olacaq. Avrokubokları hədəfləyən Şahin Diniyevin komandası bu matçda qalib gələ bilsə o zaman turnir cədvəlindəli vəziyyətini xeyli yaxşılaşdıracaq. Aşağı pillələrdən qurtulmaq niyyətində olan cənublulara kubokda olduğu kimi çempionat matçında da gəncəliləri məyus etmək fikrindədilər.
Turun son matçı isə "Neftçi" və AZAL komandaları arasında keçiriləcək. Əsgər Abdullayevin gəlişindən sonra uğurlu qrafik cızan "ağ-qaralar" bu matçın da favoriti sayılır.
Azərbaycan Premyer Liqası, XVII tur
17 dekabr (cümə axşamı)
14:00. “Xəzər Lənkəran” – “Kəpəz” 0:1
QOL: Şəhriyar Rəhimov, 66
Hakimlər: Rəhim Həsənov, Elman Musayev, Coşqun Həsənov, Mahir Məmmədov
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
Hakim-inspektor: Asim Xudiyev
“Xəzər Lənkəran” mərkəzi stadionu
17:00. “Neftçi” – AZAL – 0:1
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Nail Nağıyev
AFFA nümayəndəsi: Şaiq Həmidov
Hakim-inspektor: Məlik Həsənov
8-ci km qəsəbə stadionu