Dünyadan

Mourinyo “Çelsi”dən qovuldu

Bu gün “Çelsi” baş məşqçisi Joze Mourinyonu istefaya göndərib.

İdmanxeber.com-un məlumatına görə, bu haqda BBC məlumat yayıb.

Bu güc iclas keçirən klub rəhbərliyi 52 yaşlı mütəxəssislə yolları ayırmaq qərarına gəlib.

Qeyd edək ki, Mourinyo bu il avqustun  7-də London klubu ilə müqaviləni uzatmışdı. Lakin yeni mövsümdə komanda uğursuz çıxış edib. Hazırda 16 turdan cəmi 15 xal toplayan “Çelsi” Premyer Liqada 16-cı yeri tutur.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43