”Mançester Yunayted” Adrien Rabyonu heyətinə qatmaq istəyir.
İdmanxeber.az məlumat verir ki, 2019-cu ildən bəri “Yuventus”da çıxış edən fransalı yarımmüdafiəçi bu yay azad agent olacaq.
”Qırmızı şeytanlar” heç bir məbləğ ödəmədən onu transfer etməyi düşünür.
Rabyo bu mövsüm A Seriyasında 28 oyuna çıxıb, 4 qol vurub və 3 məhsuldar ötürmə edib.