Dünya futbolu

Ranqnik “Bavariya”nı rədd etdi

Ralf Ranqnik “Bavariya”nın baş məşqçisi olmayacaq.

İdmanxeber.az məlumat verir ki, avstriyalı mütəxəssis Münhen klubunun təklifini qəbul etməyib. Buna səbəb isə təcrübəli mütəxəssisin bu yaşda həm Avstriya millisini, həm də “Bavariya”nı eyni anda çalışdırmağın çətin olacağını düşünməsidir.

”Bavariya” Tomas Tuxelin mövsümün sonunda klubdan ayrılacağını açıqladıqdan sonra Ranqniklə birlikdə üçüncü məşqçidən rədd cavabı almış oldu. Daha öncə Xabi Alonso və Yulian Nagelsmann da Münhen klubuna “yox” demişdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43