Dünya futbolu

Səudiyyə Ərəbistan klubları Salahdan əl çəkmir

Səudiyyə Ərəbistan klubları Məhəmməd Salahla yaxından maraqlanmağa davam edir.

İdmanxeber.az məlumat verir ki, misirli oyunçu yayda “Liverpul”dan ayrılarsa, karyerasını Ərəbistanda davam etdirə bilər.

Salah ötən həftəsonu keçirilən “Vest Hem”lə görüşdə oyuna daxil olarkən baş məşqçi Yürgen Kloppla mübahisə yaşamışdı.

O, bu mövsüm Premyer Liqada 29 oyuna çıxıb, 17 qol vurub və 9 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43