AFFA tərəfindən Azərbaycan I Liqasında çıxış edən “Mingəçevir” klubu üçün nəzərdə tutulan yeni stadionda çalışmalar davam edir.
Bu barədə İdmanxeber.az saytına bölgə təmsilçisinin mətbuat xidmətinin rəhbəri Elnur Qasımov məlumat verib:
“Uzun müddətdir başlamalı olan stadionun inşası start götürüb. Artıq meydançanın süni örtüyünün bir hissəsi sərilib. Yaxın günlərdə tamamlanması gözlənilir.
Təxminən 300-500 nəfər arası azarkeş tutumuna malik olacaq stadionun may ayının sonuna qədər yekunlaşacağı ehtimal edilir. Biz oyunlarımızı orada keçirmək üçün stadionun 500 tamaşaçı tumuna malik olmasını istəyirik”.
Həsən Quluzadə