Xəbər verdiyimiz kimi AZAL “Neftçi”ni səfərdə məğlub edərək 3 xalı qazanan tərəf olub.
İdmanxeber.com-un məlumatına görə, qarşılaşmada kifayət qədər maraqlı anlar yaşanıb. Lakin ən maraqlısı oyunun sonunda baş verib. Belə ki, matç bitər-bitməz “təyyarəçilər”in baş məşqçisi Tərlan Əhmədov “Neftçi”nin çalışdırıcısı Əsgər Abdullayevlə görüşmək istəyib. Ə.Abdullayev isə rəqib komandanın baş məşqçisini təbrik etmək əvəzinə birbaşa paltardəyişə otağına yollanmaq istəyib.
AZAL-ın baş məşqçisi Abdullayevin qarşısını kəsərək onu məcbur da olsa görüşməyə vadar edib. Ona uzadılan əli görərək məcburiyyət qarşısında görüşən Abdullayevin bu hərəkətinə isə Əhmədov sadəcə təbəssümlə reaksiya verib.