05 Fevral 2025
Kateqoriyasız

Tofiq Bəhramovun tarixi qərarı İngiltərədə yenidən müzakirəyə çıxarılır (VİDEO)

Britaniyanın “Sky Sports” telekanalı İngiltərə millisinin dünya çempionluğunun 50 illiyi münasibəti ilə xüsusi layihə hazırlayıb.

İdmanxeber.com-un məlumatına görə, 1966-cı ildə ingilislərin almanları 4:2 hesabı ilə məğlub etdiyi görüş həmyerlimiz Tofiq Bəhramovun verdiyi qərarla futbol tarixinə düşüb.

Oyunun yan xətt hakimi olmuş Bəhramovun əlavə hissənin 11-ci dəqiqəsində Herstin vurduğu zərbədən sonra tirə dəyərək yerə düşən topun qapı xəttini keçdiyini işarə edib. Matçın baş hakimi Hofrid Dinst laynsmanın bu qərarını qəbul edib və qol qeydə alınıb. Bəhramovun sözügedən qərarının bugünədək müzakirə mövzusu olduğunu qərara alan “Sky Sports” qolun düzgün qeydə alınıb-alınmadığınl aydınlaşdırmaq üçün saatlarla davam edəcək müzakirə açacaq. Yanvarın 4-də efirə gedəcək verilişin ekspertləri Ceymi Karrager və Ed Çembelen olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43