Bu gün Sankt-Peterburqda Valentin Qranatkinin xatirəsinə həsr olunmuş U-17 komandaları arasında XXVIII ənənəvi beynəlxalq turnir start götürür.
İdmanxeber.com-un məlumatına görə, turnir Bakı vaxtı ilə saat 13.00-da Estoniya və Moldova millilərinin qarşılaşması ilə start götürəcək. Daha sonra Slovakiya – Yaponiya matçı oynanılacaq. 16:30-da yarışın rəsmi açılış mərasimi keçiriləcək. Bu gün həmçinin turnirdə Qazaxıstan – Rusiya və Belarus – Litva matçları da oynanılacaq.
Qeyd edək ki, Azərbaycan millisi turnirdəki ilk oyununu sabah Latviyaya qarşı keçirəcək.