“Qarabağ” mövsümün ikinci yarısına hazırlıq məqsədi ilə təlim-məşq toplanışı keçəcəyi Antalyaya çatıb.
İdmanxeber.com-un klubun saytına istinadən yaydığı xəbəər görə, Bakı – İstanbul – Antalya reysi ilə sözügedən şəhərə gedən komanda artıq “İC Santai” otelinə yerləşib.
Sabahdan etibarən məşqlərə başlayacaq Ağdam klubu 18 gündən sonra vətənə geri dönəcək.