Türkiyənin "Bursaspor" klubunun yeni stadionuna "Azərbaycan Arena" adı verilə bilər.
İdmanxeber.com-un məlumatına görə, bu barədə klub prezidentliyinə namizəd Timur Noyan məlumat verib.
O, bildirib ki, əgər "ağ-yaşıllar"ın prezident seçiləcəyi təqdirdə "Bursaspor"un yeni arenasına "Azərbaycan" adı verilə bilər:
"Əliyev ailəsi ilə may ayında danışmışam. Yeni stadionumuzun adının "Azərbaycan Arena" olması üçün ilkm görüşüm olub. Öncədən danışdığımız məbləği artıracaqlarını bildiriblər".